Millimiz Macarıstanla üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Siyasət Əsgərovun yetirmələri B liqasının I qrupunda son ev görüşündə Macarıstanı qəbul edəcək. Komandamız qalib gəlsə, qrup sonuncusu olmayacağı rəsmiləşəcək. Bu, millimizə çempionatın pley-offuna vəsiqə qazandıracaq və B liqasında qalmaq baxımından böyük addım olacaq.

Qeyd edək ki, millimiz dörd gündən sonra səfərdə İsveçrə ilə üz-üzə gələcək.

Avropa çempionatının seçmə mərhələsi
B liqası, I qrup
V tur, 12 iyul
20:00. Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç (Xorvatiya)
Liv Bona Dea Arena

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31