UEFA-dan qərar: Merih cəzalandırıldı

UEFA Türkiyə millisinin üzvü Merih Dəmiralla bağlı qərar qəbul edib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qərara əsasən, müdafiəçi 2 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti üzrə araşdırmaya başlamışdı. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31