Türkiyə ilə oyunda irqçi şüarlar səsləndirildi
3 İyul 2024 20:26 İdmanAvstriya yığmasının azarkeşləri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Türkiyə millisi ilə oyunundan əvvəl irqçi şüarlar səsləndiriblər.
Olaylar.az axar.az-a istinadən bildirir ki, avstriyalı fanatlar görüşdən öncə Leyptsiq küçələrində "Lchr("39")amour toujours" mahnısındakı "Almaniya almanlar üçün, əcnəbilər çölə" sözlərini ucadan qışqırıblar.
Leyptsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə aldığını və araşdırma apardığını bildirib.
Qeyd edək ki, Avstriya - Türkiyə matçı 2:1 hesabı ilə "ay-ulduzlular"ın xeyirinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31