Messi ilə bağlı son qərar
28 İyun 2024 14:23 İdmanUlduz futbolçu Lionel Messinin durumuna aydınlıq gəlib.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Argentina millisinin Peru ilə sabah gecə keçiriləcək oyununda meydana çıxmayacaq.
Buna Lionelin əzələ problemi səbəb olub. Bu gün tibbi müayinədən də keçəcək futbolçunun qrup mərhələsinin son turunda istirahət etməsinə qərar verilib.
Argentina artıq 1/4 finala vəsiqə qazandığı üçün Messinin həmin mərhələyə hazır olması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Messi kimi Markun Akunya da Peru ilə görüşü buraxacaq. O da əzələsində ağrılar hiss edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31