Şahmatçımız ABŞ-də qalib oldu
10 İyun 2024 10:05 İdmanAzərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-də keçirilən "Las Vegas International" turnirinin qalibi olub.
Olaylar.az xəbər verir ki, 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib. V.Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: "Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31