Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşib
27 May 2024 21:02 İdmanAzərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaqlar.
Qeyd edək ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun "Haladas SportKomplexum"da olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31