"Qarabağ"ın futbolçusu oyun üçün milliyə çağırıldı
25 May 2024 12:33 İdman"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıblar.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, onlar Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin 25 nəfərlik heyətinə düşüblər.
Monteneqro millisi mayın 31-də bir araya gələcək. Prosineçkinin yetirmələri iyun ayında 2 yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, "Qarabağ"ın futbolçularının heyətində yer aldığı yığma hər 2 matçda AVRO-2024-ün iştirakçıları ilə üz-üzə gələcək. İyunun 5-də rəqib Belçika, 9-da isə Gürcüstan olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31