Bu dəfə Ardanı Qvardiola təriflədi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın türkiyəli futbolçusu Arda Gülər haqqında danışıb. 

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli məşqçi Ardanın güclü oyunçu olduğunu bildirib. 

"Bu uşağı "Real" tez-tez oynatsa, o, qarşısıalınmaz olacaq. Arda çox yaxşıdır".

Hətta, türkiyəli oyunçunun "Siti"dən ayrılması gözlənilən Bernardo Silvaya əla alternativ olacağı vurğulanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31