Daha bir cüdoçumuz dünya çempionu oldu

Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza atıb.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, o, 3-cü dünya çempionatında medal qazanıb.

Zelim Abu-Dabidə keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Kotsoyev 2021-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda medal qazanıb. Onun qazandığı medalların əyarı bürünc olmuşdu.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 2-ci qızılını qazanıb. BƏƏ-də ilk uğura Hidayət Heydərov (73 kq) imza atıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31