Qurban Qurbanov geriləyib, Miodraq Bojoviç irəlilədi
17 May 2024 19:46 İdmanDünyanın ən yaxşı baş məşqçilərinin reytinqi siyahısı açıqlanıb.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, may ayındakı ilk cədvəldə planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisinin mövqeyi dəyişib.
O, 1672 xalla dünyada 136-cıdlr. Ötən ayla müqayisədə 1 xallıq artıma nail olan 52 yaşlı mütəxəssis 2 pillə geriləyib.
"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 194-cüdür. O, ötən siyahı ilə müqayisədə 1 addım irəliləyib.
Qeyd edək ki, cədvələ 2238 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31