Rövşən Nəcəf: "Premyer Liqada komanda sayı artırılmayacaq"
13 May 2024 20:20 İdmanAzərbaycan Premyer Liqasında növbəti mövsümdə komanda sayı artırılmayacaq.
Olaylar.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf açıqlayıb.
O, qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, buna əsas səbəb zəruri infrastrukturun, resursların, hakimlərin, stadionların olmamasıdır: "Premyer Liqanın keyfiyyətinin artırılması əsas hədəflərdən biridir. Amma növbəti mövsümlərdə, bir neçə ildən sonra klubların sayının artırılmasına yenidən baxıb qərar verəcəyik. Neçə komanda artırılacağı strategiyamızdan asılı olacaq".
Qeyd edək ki, Premyer Liqada 10 komanda mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31