Vadim Vasilyevin son vəziyyəti açıqlandı
10 May 2024 17:28 İdmanHazırda özümü normal hiss edirəm.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçunun sözlərinə görə, müalicəsini davam etdirir:
"Dostumun köməyilə hər gün fizioterapiyaya gedirəm. Artıq müalicə sayəsində sol əlimi də işlədə bilirəm. Bütün müalicə və dərman xərclərimin hamısına Heydər Əliyev Fondu nəzarət edir. Həkimlər 6 aya tam şəkildə sağalacağıma vəd edirlər. Əvvələ nisbətən hər şey çox daha yaxşıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31