UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
4 May 2024 10:37 İdmanAvropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək komandaların iştirak ərizəsini genişləndirib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, Avro-2024-də komandalar üçün maksimum heyət sayı 23 oyunçudan ibarət ilkin kvotadan 26 oyunçuya qədər artırılıb.
Komandalar iyunun 7-dək 26 oyunçudan ibarət siyahı təqdim etməlidirlər.
Xatırladaq ki, builki Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31