İngiltərə Premyer Liqasında yeni maaş sistemi - Səsvermə keçiriləcək

İngiltərə Premyer Liqası effektiv maaş limitinin tətbiq edilib-edilməməsi ilə bağlı səsvermə keçirəcək. 

Olaylar.az bildirir ki, limit klubların futbolçuya konkret nə qədər ödəyə biləcəyi deyil, klubun öz siyahısına nə qədər xərcləyəcəyi ilə bağlı olacaq.

Bura maaşlar, transferlər və agentlik haqları daxildir.

Qeyd edək ki, Premyer Liqa klublarının səsverməsi bu gün, aprelin 29-da baş tuta bilər. (sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31