Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel 2024 20:32 İdmanBu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Yeganə qarşılaşma Bakıda keçirilib. Paytaxt derbisində turnir cədvəlindəki qonşular "Sabah"la "Səbail" üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın Con İrasabal və Cesse Sekidika fərqləniblər.
Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31