Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel 2024 20:00 İdmanAzərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Olaylar.az-ın məlumatına görə, yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub
O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31