Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da
25 Aprel 2024 16:04 İdmanAprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə "Prize of Julieta Shishmanova" adlı beynəlxalq yarış keçiriləcək.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil olunacaq.
Ölkəmizin idman şərəfini məşqçilər Aliyə Paşayeva ilə Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova qoruyacaqlar.
Dilbər İbrahimova və Səbinə Hacıyeva isə turnirdə hakimlər sırasında yer alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31