Jiru onlarla razılığa gəldi
24 Aprel 2024 19:19 İdmanFransa millisinin və "Milan"ın futbolçusu Olivye Jiru "Los-Anceles"lə müqaviləni razılaşdırıb.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı hücumçu 1,5 illik anlaşma imzalayacaq.
Müqavilədə sonradan uzadılma bəndi də yer alacaq. Jirunun illik maaşı 3 milyon avro olacaq.
Forvard yeni klubuna AVRO-2024-dən sonra qoşulacaq. O, MLS təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, Olivye cari mövsümün 42 matçında 15 qol və 9 assistə imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31