Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir
24 Aprel 2024 14:52 İdmanFransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.
Olaylar xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.
Daha əvvəl Fransa çempionatında "Lans" və "Qrenobl" klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun "Tuluza"ya keçəcəyi istisna olunmur.
Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31