Cenk Tosunun yeni komandası bəlli oldu
22 Aprel 2024 19:32 İdman"Beşiktaş" klubundan ayrılmaq istəyən Cenk Tosunun yeni komandası bəlli olub.
Olaylar oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 32 yaşlı hücumçu karyerasını "Eyüpspor" klubunda davam etdirəcək.
Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək komandanın baş məşqçisi Arda Turan Cenk Tosunla danışaraq "Eyüpspor"a qatılması üçün razı salıb.
Qeyd edək ki, "Beşiktaş" rəsmiləri də daha öncə Cenk Tosunla yeni müqavilə imzalamayacaqlarını bildirmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31