Millimizdən iki pilləlik irəliləyiş

Basketbolun 3x3 növü üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.

Olaylar İdman.Biz-ə istinadən bildirir ki, qadınlardan ibarət Azərbaycan millisi 2 pilləlik irəliləyişə nail olub.

Yığmamız 503,592 xalla dünyanın üçüncü komandasıdır. Millimiz yalnız Kanada (628,222) və Çindən (591,292) geri qalır.

Qeyd edək ki, kişilərin reytinq siyahısına Serbiya başçılıq edir - 3047,718 xal.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31