Boksçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8 finalda Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.

İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31