Kannavaro yenidən A seriyasında
22 Aprel 2024 17:39 İdmanİtaliyanın "Udineze" klubunun baş məşqçisi müəyyənləşib.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bu posta Fabio Kannavaro təyin edilib.
50 yaşlı mütəxəssislə qısammüddətli müqavilə imzalanıb. O, mövsümün sonunadək A seriyası təmsilçisini çalışdıracaq. Kannavaro istefaya göndərilən Qabriele Çioffini əvəzləyib.
Qeyd edək ki, Udine təmsilçisi növbəti oyununa aprelin 25-də keçirəcək. "Udineze" "Roma" ilə yarımçıq qalan matça çıxacaq. Həmin qarşılaşma ikinci hissədə hesab 1:1 olarkən dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31