“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, "Virtus" Azərbaycan çempionunun 4-cü mümkün rəqibi olub.

Bu klub San-Marinoda çempion titulunu qazanıb. "Cırtdan ölkə" təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Bu üzdən də "Virtus" "Panevejis", "Ordabası" və "Vikinqur" kimi səpələnmiş olan "Qarabağ"ın potensial rəqibidir. Macarıstanda ən güclü olan "Ferensvaroş" isə Ağdam klubu ilə eyni səbətə düşüb.

Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Dinamo" (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31