"Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - Premyer Liqa
20 Aprel 2024 19:15 İdmanBu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
Olaylar.az-ın məlumatına görə, "Qarabağ" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün digər matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, açılış oyununda ötən gün "Sumqayıt" "Turan Tovuz"a 4:1 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31