"Çelsi" və "Mançester Siti" rusiyalı futbolçu ilə maraqlanır
19 Aprel 2024 16:13 İdmanRusiyanın "Lokomotiv" klubunun futbolçusu Sergey Pinyayev karyerasını İngiltərədə davam etdirə bilər.
Olaylar.az report-a istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 19 yaşlı vingeri yaxından izləyir.
Rusiyalı cinah oyunçusu ilə "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" da maraqlanır.
İngiltərə təmsilçilərindən başqa, Pinyayevi Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Vilyarreal" klubları da heyətində görmək istəyir.
Qeyd edək ki, Sergey Pinyayev 2022-ci ildən Moskva təmsilçisinin formasını geyinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31