“Barselona”nın “Nou Kamp”a qayıdacağı tarix müəyyənləşdi
19 Aprel 2024 14:37 İdman"Barselona"nın "Nou Kamp" stadionuna qayıdacağı tarix müəyyənləşib.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı İspaniya klubunun direktorlar şurası verib.
La Liqa təmsilçisi doğma arenasına dekabrın 15-də qayıdacaq. Amma stadionun tutumu 60 faizlə məhdudlaşacaq. Öncədən komandanın noyabrın 29-da, klubun 125 illiyində öz stadionuna qayıtması planlaşdırılırdı.
Qeyd edək ki, "Barselona" 2023-cü ildən ev matçlarını "Nou Kamp"dakı yenidənqurma işlərinə görə Olimpiya stadionunda keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31