Hakimi təhqir edən menecerə AĞIR CƏZA

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb.

Olaylar.az "report"a istinadən bildirir ki, buna bölgə təmsilçisi rəsmisinin "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. "Qəbələ"nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31