Azərbaycan çempionatında dalaşan futbolçulara cəza

15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz hadisə baş verib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bu, AFFA U-15 Liqasının "Turan Tovuz" - "Neftçi" matçında yaşanıb.

Görüşün 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Uğur Məmmədov və qonaqların oyunçusu Ramin Abıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. AFFA-nın İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Tovuzdakı görüşdə qonaq komanda 5:1 hesabı ilə qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31