Dünya çempionatı üçün Milli Gimnastika Arenasına baxış keçiriləcək

Beynəlxalq Minifutbol Federasiyasının nümayəndələri Milli Gimnastika Arenasında baxış keçirəcəklər.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, onlar mayın 20-də Bakıya gələcəklər.

Qurumun üzvləri arenanı dünya çempionatının keçirilməsi üçün nəzərdən keçirəcəklər. Mundialın təşkilatçılıq ilə bağlı yeganə rəqibimiz isə Səudiyyə Ərəbistanıdır.

Qeyd edək ki, son dünya çempionatı BƏƏ-nin Ras Əl-Xayma şəhərində baş tutub. Millimiz yarışda 4-cü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31