AFFA “İmişli”nin şikayətini qismən təmin edib

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Qurum "İmişli"nin şikayətinə baxıb. I Liqanın XX turu çərçivəsində keçirilən "Mingəçevir" - "İmişli" oyununun 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyun cəzalanması, klubun 150 manat cərimə edilməsinə yenidən baxılıb.

Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək. Ona 3 ay sınaq müddəti verilib. Cərimə isə qüvvədə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31