Oyun zamanı infarkt keçirən italiyalı futbolçu öldü
17 Aprel 2024 15:06 İdmanİtaliyanın beşinci divizion komandası "Kastelfiorentino"nun yarımmüdafiəçisi Mattia Giani ölüb.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.
O, "Lançiotto Kampi"yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mattia Giani "Empoli"nin yetirməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31