Mbappedən mövsümün rekordu
17 Aprel 2024 14:23 İdmanPSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub.
Olaylar xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib.
25 yaşlı forvard ümumilikdə 42 matçda (24-ü Liqa 1-də, 8-i Çempionlar Liqasında, 8-i Fransa Kubokunda, 1-i Fransa Superkubokunda) rəqib qapılarına 41 dəfə yol tapıb.
Qeyd edək ki, "Barselona"nı 4:1 hesabı ilə məğlub edən PSJ yarımfinala yüksəlib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31