Almaniyalı futbolçu əsas komandadan qovulub
16 Aprel 2024 17:34 İdmanAlmaniyanın "Verder" klubu futbolçusu Nabi Keytanı cəzalandırıb.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər əsas komandadan kənarlaşdırılıb.
Onun qovulmasına "Bayer"lə səfər oyununa getməkdən imtinası səbəb olub. Keyta əsas heyətdə yer almayacağını bildiyi üçün Leverkuzenə yollanmaqdan boyun qaçırıb. 28 yaşlı futbolçu pul cəriməsinə də məruz qalıb.
Qeyd edək ki, "Verder"ə 5:0 "Bayer" çempionluğu təmin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31