"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru
16 Aprel 2024 13:16 İdman"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.
Olaylar.az bildirir ki, o, bir oyunçunu satacağını deyib:
"Yeni transferlər üçün büdcə tapmaq lazımdır. Bu məqsədlə yəqin ki, bir oyunçu satacağıq. Amma gəlirlər üçün daha iki və ya üç müqavilə imzalamağı da planlaşdırırıq".
Qeyd edək ki, "Bayer" Bundesliqada 29-cu turda "Verder"ə 5:0 hesabı ilə qalib gələrək erkən çempionluğu təmin edib. Xabi Alonsonun komandası klubun 120 illik tarixində ilk dəfə Almaniya çempionatının qızıl medalını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31