Pedri: “Barselona” vədinə hörmət edəcək”
15 Aprel 2024 20:45 İdman"Barselona"nın gənc ulduzu Pedri yeni müqavilə ilə bağlı suala cavab verib.
Olaylar.az xəbər verir ki, 21 yaşlı futbolçu bu məsələ ilə bağlı narahat olmadığını deyib.
Pedri "Barselona"nın sözünü tutacağına ümid etdiyini bildirib: "Bu məsələ ilə bağlı sakitəm. Bilirəm ki, "Barselona" müqavilə ilə bağlı verdiyi vədə hörmət edəcək. "Barsa" həmmişə arzularımızın klubu olub".
Qeyd edək ki, gənc yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayında bitəcək. Pedri 2023/2024 mövsümündə 26 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31