"Liverpul"dan növbəti ANTİREKORD - Ardıcıl 9 matçda...

"Liverpul" ardıcıl 9-cu ev matçında qol buraxıb və bu göstərici üzrə öz antirekordunu təkrarlayıb. 

Olaylar.az xəbər verir ki, klub 1996 və 1999-cu illərdə də eyni uğursuz ev seriyasına sahib olub.

Xatırladaq ki, "Liverpul" son oyununda, İngiltərə çempionatının 33-cü turunda evdə "Kristal Pelas"a 0:1 hesabı ilə uduzmuşdu. Bu, "Liverpul"un keçirdiyi 8 oyunda ilk məğlubiyyətidir. Hazırda klub İngiltərə çempionatının turnir cədvəlində 71 xalla üçüncüdür. Komanda lider "Mançester Siti"dən 2 xal geri qalır.

Qeyd edək ki, "Liverpul" növbəti dəfə Avropa Liqasının 1/4 finalında "Atalanta" ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31