"Qarabağ"ın növbəti 2 potensial rəqibi bilindi

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Olaylar.az Offsideplus.az-a istinadən bildirir ki, buna Qazaxıstan və Litva çempionatlarında qızıl medalçının səbətinin bəlli olması ilə aydınlıq gəlib.

Belə ki, "Panevejis" və "Ordabasi"nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Bu da o deməkdir ki, püşkdə güclülərin səbətində qərarlaşacaq "Qarabağ" adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu "Vikinqur"un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bilinirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31