Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər (FOTO)

Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə "Kelechek" adlı beynəlxalq turnir start götürəcək.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.

Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.

Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər (FOTO)

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31