Neymar məşhur futbol klubunu ala bilər
10 Aprel 2024 20:00 İdman"Əl-Hilal" və Braziliya millisinin hücumçusu Neymar Braziliyanın "Santos" klubunu almaq variantını nəzərdən keçirir.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, Neymar 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Neymarın atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirdiyi vurğulanır.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2009-2013-cü illərdə Braziliya klubunun böyüklərdən ibarət komandasında çıxış edib. "Santos" həm də əfsanəvi Pelenin klubu kimi tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31