Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
10 Aprel 2024 19:40 İdmanAzərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş medal qazanıb.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda nail olub.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31