Premyer Liqa klubunun 2 xalı silinib
8 Aprel 2024 18:44 İdmanİngiltərənin "Everton" klubu növbəti dəfə xal cəzasına məruz qalıb.
Olaylar.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hesabından daha 2 xal silinib.
Buna maliyyə qaydalarının pozulması səbəb olub. Cəza 2022/23 mövsümündə bitən üçillik dövrdəki maliyyə fəaliyyətinə görə verilib.
Bu klubun ilk cəzası deyil. Cari mövsüm "Everton"dan 10 xal da silinib. Klubun apelyasiyasından sonra həmin cəza 6 xala endirilib.
Qeyd edək ki, "Everton" 27 xalla 16-cı pilləyə yuvarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31