Emil Mustafayev Ukraynada qol vurub: Yenə “Minay”a

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev Ukrayna çempionatında növbəti qolunu vurub.

Olaylar.az xəbər verir ki, "Polesye"nin 23 yaşlı yarımmüdafiəçisi Premyer Liqanın XXIII turunda fərqlənib.

O, "Minay"la qarşılaşmada komandasının 3-cü qoluna imza atıb - 3:2. Start heyətində meydana çıxan Emil səfər görüşünün 59-cu dəqiqəsində fərqlənib.

Qeyd edək ki, bu, 12-ci matçını keçirən Mustafayevin mövsümdə 2-ci qoludur. O, "Minay"la birinci dövrənin ev matçında da (2:1) fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31