“Bir qrup rüşvətxor və korrupsioner…” - Bakıda məğlub olan güləşçi

İtaliyalı sərbəst güləşçi Frank Çamizo Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki hakimlikdən narazı qalıb.

Olaylar.az xəbər verir ki, o, 74 kq çəki dərəcəsinin yarımfinal mərhələsində Azərbaycan təmsilçisi Turan Bayramova məğlub olub. Bununla bağlı o, sosial media hesabında paylaşım edib:

"Bunu izləyənlərin hər birindən üzr istəyirəm. Mənim idmanım gözəldir. Onlar sadəcə bir qrup rüşvətxor və korrupsionerlərdir. Ürəyim kədərlə ağlayır".

Qeyd edək ki, görüş 8:8 hesabı ilə yekunlaşıb, xalların keyfiyyətinə görə qalib elan olunan Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. (Offsideplus.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31