Fərid Qayıbova Portuqaliyada medal təqdim olunub - FOTO
6 Aprel 2024 18:12 İdmanAvropa Gimnastikasının prezidenti Fərid Qayıbov Portuqaliya Gimnastika Federasiyasının medalı ilə təltif olunub.
Olaylar.az xəbər verir ki, təltifetmə mərasimi Gimarayeşdə keçirilən Avropa çempionatı zamanı baş tutub.
Bu mükafat Qayıbova son illərdə Avropa gimnastikasındakı xidmətlərinə görə verilib. Medalı Portuqaliya federasiyasının prezidenti Luiş Arraiş və vitse-prezidenti Joau Oliveyra təqdim ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31