Futbol tarixinin ən uzun uğurlu seriyaları açıqlanıb
6 Aprel 2024 13:00 İdmanFutbol tarixinin ən uzun qələbə və məğlubiyyətsizlik seriyaları açıqlanıb.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS həm bütün yarışları, həm də ayrı-ayrı miqyasları əhatə edən turnirlər üçün rekordları müəyyənləşdirib.
Qələbə seriyası davam edən "Əl-Hilal" da siyahıda yer alıb. Səudiyyə Ərəbistanı çempionatında "Əl-Halec"i 4:1 hesabı ilə məğlub edən rekordçu 32-ci qələbəsinə sevinib.
Qələbə seriyaları
Bütün yarışlarda - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 32
Milli çempionatlarda - "Ferensvaroş" (Macarıstan) və "Nasyonal" (Uruqvay) - 32
Beynəlxalq oyunlarda - "Bavariya" (Almaniya) - 16
Qitə kuboklarında - "Oklend Siti" (Yeni Zelandiya) - 16
Çempionlar Liqasında - "Bavariya" (Almaniya) - 15
Məğlubiyyətsizlik seriyaları
Bütün yarışlarda - "Seltik" (Şotlandiya) - 66
Daxili yarışlarda - "Styaua" (Rumıniya) - 119
Milli çempionatlarda - "ASEK Mimosas" (Fil Dişi Sahili) - 108
Milli çempionatlarda evdə - "Kano Pillars" (Nigeriya) - 202
Beynəlxalq oyunlarda - "Bavariya" (Almaniya) - 22
Beynəlxalq oyunlarda evdə - "Mançester Yunaytes" (İngiltərə) - 57
Qitə kuboklarında - "Oklend Siti" (Yeni Zelandiya) - 29
Çempionlar Liqasında - "Mançester Yunaytes" (İngiltərə) - 25
Çempionlar Liqasında evdə - "Barselona" (İspaniya) - 38