Azərbaycan güləşçilərinin rəqibləri bəlli olub

Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

Olaylar.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.

Üç gün davam edəcək turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda sərbəst güləşdə 5, yunan-Roma güləşində 4, qadın güləşində 5 təmsilçimiz xalça üzərinə çıxacaq.

Yunan-Roma güləşi, 5 aprel
60 kq. Nihat Məmmədli - Oleksey Maşuk (Ukrayna)
87 kq. İslam Abbasov - Turpal Bisultanov (Danimarka)
97 kq. Murad Əhmədiyev - Aleksandar Stepanetiç (İsveç)
130 kq. Beka Kandelaki - Oskar Marvik (Norveç)

Qadın güləşi, 6 aprel
50 kq. Mariya Stadnik - ilk mərhələdən azaddır
53 kq. Elnurə Məmmədova - Veronika Ryabovolova (Şimali Makedoniya)
57 kq. Jalə Əliyeva - ilk mərhələdən azaddır
62 kq. Birgül Soltanova - Amelin Duarre (Fransa)
68 kq. Elis Manolova - Mimi Xristova (Bolqarıstan)

Sərbəst güləş, 7 aprel
57 kq. Əliabbas Rzazadə - Simone Piroddu (İtaliya)
65 kq. Hacı Əliyev - Həmzət Arsamerzoyev (Fransa)
74 kq. Turan Bayramov - Tobias Portmann (İsveçrə)
86 kq. Osman Nurmaqomedov - Domantas Pauliçenko (Litva)
125 kq. Giorgi Meşvildişvili - ilk mərhələdən azaddır

Qeyd edək ki, Maqomedxan Maqomedov (97 kq) sərbəst, Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) yunun-Roma güləşində olimpiya lisenziyası qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31