Azərbaycan gimnastı yarımfinalda

Portuqaliyanın Gimarayeş şəhərində batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatı davam edir.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan gimnastı Selcan Mahsudova yarımfinala yüksəlib.

Təmsilçimiz batut gimnastikasında təsnifat mərhələ uğurlu çıxış edərək, bu hüququ əldə edib.

Qeyd edək ki, qitə çempionatına aprelin 7-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31