Azərbaycan millisindən 32 ayın rekordu
4 Aprel 2024 17:52 İdmanAzərbaycan millisi son 32 ayın rekorduna imza atıb.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.
Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31