Azərbaycan millisinin rəqibləri bəlli oldu (FOTO)

Minifutbol üzrə 11-ci Avropa çempionatının püşkü atılıb.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq AVRO-2024-ün 24 iştirakçısı 6 qrupa bölünüb.

Son Avropa çempionu olan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız F qrupunda yer alıb. Elşad Quliyevin yetirmələri qrup mərhələsində Fransa, İtaliya və Avstriya milləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək keçiriləcək.

Azərbaycan millisinin rəqibləri bəlli oldu (FOTO)

Azərbaycan millisinin rəqibləri bəlli oldu (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31